Müharibə qorxusu: Qərb silah istehsalını artırır…

Müharibə qorxusu: Qərb silah istehsalını artırır…

ABŞ-ın “Raytheon Texnologies” şirkəti təqaüdçüləri istehsal müəssisəsinə işə qaytarıb. Bu addım şirkətin “Stinger” zenit-raket komplekslərinin sayını artırmaq istəyi ilə bağlıdır.

AzerTimes xəbər verir ki, bu barədə “Uoll Strit Jurnal” məlumat yayıb.

Məlumata görə, Ukrayna üçün 200 milyon dollarlıq silah sifarişi alan “L3Harris Texnologies” yeni rabitə vasitələri yaratmağa başlayıb:

“Lokhid Martin”, “Raytheon” ilə birlikdə istehsal etdiyi “Javelin” tank əleyhinə raketlərinin istehsalını iki dəfə, HİMARS və GMLRS sistemlərinin istehsalını isə 60% artırır. Rusiya ilə gərginliyin artması fonunda İsveçin“Saab” şirkəti də istehsal gücünü artırıb. Dünya üzrə 500 yeni işçi əlavə götürməklə yanaşı, şirkət səmərəliliyi artırmaq üçün yeni istehsal texnologiyalarına sərmayə yatırır. Alman şirkəti “Rheinmetall” tank sursatlarının illik istehsalını iki dəfə artıraraq ildə təqribən 70 min ədəddən 140 min ədədə çatdırıb. Şirkət həmçinin keçən il 70 min artilleriya mərmisi istehsal edirdisə, bu il 110 min artilleriya mərmisi istehsal edir. Alman istehsalçısı orta kalibrli sursatların istehsalını ildə 1,2 milyondan 2,2 milyona çatdırıb”.

Teqlər: