Ruslar Xersonda uşaq oyuncaqlarını da minalayıblar

Ruslar Xersonda uşaq oyuncaqlarını da minalayıblar

Xersondan geri çəkilərkən rus ordusu çoxlu sayda əşyanı, o cümlədən uşaq oyuncaqlarını minalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Rostislav Smirnov deyib.

Onun sözlərinə görə, Xersonda minaların miqyası son dərəcə böyükdür:

“İndi əsas diqqət minatəmizləmə işinə verilir. Orada minatəmizləmənin miqyası həddən artıq böyükdür. Uşaq oyuncaqlarında, hətta futbol topunun içində mina var idi. Xerson vilayətinin işğaldan azad edilmiş ərazilərində xilasedicilər artıq 5000-dən çox partlayıcı obyekti zərərsizləşdiriblər”.

Teqlər: