Müharibə kritik mərhələdə, bizi çətin qış gözləyir – NATO

Müharibə kritik mərhələdə, bizi çətin qış gözləyir – NATO

Ukraynada müharibə kritik mərhələyə daxil olub. Hərbi alyansın üzvləri üçün çətin qış başlayacaq.

AzerTimes xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Qışda işıqların kəsilməsi, fasilələr və hətta vətəndaş iğtişaşları baş verə bilər. Ailələr və müəssisələr Rusiyanın işğalı nəticəsində enerji qiymətlərində kəskin bahalaşma ilə üzləşdikcə birlik və həmrəyliyimiz ciddi şəkildə sınaqdan keçiriləcək. Ukraynanın gələcəyi və gələcəyimiz naminə qış müharibəsinə hazırlaşmalıyıq “, – o bildirib.

Teqlər: