Müğənnilərin ödəyəcəyi sosial haqlar artdı

Müğənnilərin ödəyəcəyi sosial haqlar artdı

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi sosial haqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqların məbləğində də dəyişikliklər baş verdi.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

“Sosial haqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu, nəticədə minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər.

Müraciətlərin sayını nəzərə alaraq, bu ilin yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqlarının yeni məbləğlərini təqdim edirik.

Bakı şəhəri üzrə:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 172.5 manat;

Digər sahələrdə çalışan sahibkarlar – 86.25 manat.

Sumqayıt və Gəncə şəhərlərində çalışanlar üçün:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 155.25 manat;

Digər sahələrdə çalışan sahibkarlar – 77.62 manat.

Digər şəhərlərdə çalışanlar üçün:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 138.0 manat;

Digər sahələrdə çalışan sahibkarlar – 69.0 manat.

Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 103.5 manat;

Digər sahələrdə çalışan sahibkarlar – 51.75 manat.

Kənd yerlərində:

Tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlar – 86.25;

Digər sahələrdə çalışan sahibkarlar – 43.12 manat.

Muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sosial sığorta haqqlarında da dəyişikliklər olacaq.

Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – 17.25 manat;

Fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət – 17.25 manat;

Çəkməçi, pinəçi – 10.35 manat;

Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – 10.35 manat;

Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – 10.35 manat;

Nəqqaşlıq emalatxanalarının fəaliyyəti – 10.35 manat;

Fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat;

Fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər – 10.35 manat”, -paylaşımda qeyd edilib.

Teqlər: