Müğənni Vaqif Şıxəliyev öz bioqrafiyası haqqında danışdı

Gənc və ecazkar müğənni, “Azəri Star 2005” mahnı müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Mahnı Teatrının solisti, Abşeron rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri Vaqif bəy Şıxəliyevlə görüşümüz və müsahibəmiz baş tutdu.

Müsahibəni sizə təqdim edirik:

– Xoş gördük, Vaqif bəy. Necəsiniz ? Sənətdə irəliləyişlər necədir ?

– Salam, xoş görüşdük. Əlayam həmişəki kimi, sənətdə də su kimi daimaxar, davamlı və şəffafam.

– Ənənəmizə sadiq qalaraq, tanınmış müğənnilərdən onların tərcümeyi-halı barədə soruşuruq və bu müsahibə ilə müğənnilərin pərəstişkarları, onların dinləyiciləri kumirləri haqqında məlumat əldə etmiş olur.

– Çox gözəl, dəyər verib, dinləyicikərimizlə bizim aramızda körpü yaratdığınıza görə minnətdaram. Ənənizi pozamadan, özüm haqqımda sizə və oxuyuclarınıza məlumat verim.

“Mən, Şıxəliyev Vaqif Məmməd oğlu 1978-ci il sentyabr ayının 6-da Şəki şəhərində anadan olmuşam. 1985-1994-cü illərdə Şəki şəhəri 5 saylı orta məktəbdə, eyni zamanda 1989-1994-cü illərdə Şəki şəhəri 2 saylı uşaq musiqi məktəbinin Xanəndəlik sinfində təhsil almışam. 1994-1997-ci illərdə Bakı şəhəri Bülbül adına orta ixtisas Musiqi Məktəbinin Xanəndəlik sinfində Xalq artisti Əlibaba Məmmədovdan dərs almışam. 1997-2001]]-ci illərdə Bakı Musiqi Akademiyasının Xanəndəlik fakultəsində Xalq artisti Arif Babayevdən təhsil almışam. Musiqi Akademiyasında təhsil aldığı 1997-2001-ci illərdə Əməkdar artist Teymur Əmrahdan klassik mahnı janrı üzrə vokal dərsləri almışam.

1999-2005-ci illərdə Mirzəağa Əliyev adına Mədəniyyət Evində xalq çalğı alətləri ansamblının rəhbəri, 2005-2014-cü illərdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 1-ci dərəcəli vokalist artist, 2014-2015-ci illərdə Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsində klub metodisti vəzifələrində çalışmışam. 2016-cı ildən Abşeron rayon Mədəniyyət Mərkəzində bədii rəhbər vəzifəsində fəaliyyət göstərirəm.

Atam Şıxəliyev Məmməd Fərrux oğlu 1956-cı ildə Şəki şəhərində anadan olmuşdur. Uzun illər Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında səhnə maşinisti vəzifəsində çalışmışdır. 2012-ci ildə dünyasını dəyişib. Anası Abdullayeva Zinyət Ziyəddin qızı 1953-cü ildə Şəki şəhərində anadan olmuşdur. Evdar qadındır.
Evliyəm. 2 övladım — Elcan adlı oğlum və Ayan adlı qızım var.

1993-1994-cü illər Şəki şəhərində “Xəzinə” adlı instrumental ansamblının solisti olmuşdur. Həmin illər bir neçə mahnı lentə aldırmışam.

İlk dəfə professional fəaliyyətimi 2000-ci ildə bəstəsi Emin Sabitoğluya məxsus “Baladadaşın ilk məhəbbəti” filmindən “Sevgi” adlı mahnını ifa edərək, səsyazma ilə solo karyerasına başlamışam və bu mahnım Azərbaycan Televiziyasınin “Qızıl Fond”una daxil edilmişdir. İfa etdiyim 20-dэn çox mahnı əsərləri “Qızıl Fond”da yer almışdır.

2003-cü ildə “Gözüm səni axtarır”, 2008-ci ildə “Yar gəlmədi”,2015-ci ildə “Ah çəksəm” adlı musiqi albomlarım çıxmışdır. 2007-ci ildə ifa etdiyi “Yar gəlmədi” mahnısı mənə ən çox uğur gətirən mahnılardan hesab edirəm. Bundan başqa 2005-ci ildə “Sevirəm səni”, 2006-cı ildə “Nə var ki?” 2012-ci ildə “Ah çəksəm”, 2016-cı ildə “De vəfasızım”, 2018-ci ildə “Sevgi nəğməsi” və vətənpərvərlik mövzularında ifa etdiyim [[2019]-cu ildə “Qardaşlıq Himni – Azərbaycan-Türkiyə”, 2021-ci ildə “Qarabağ Kompozisiyası” mahnılarını ifa edərək populyarlıq qazanmışam.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının təşkilatçılığı keçirilmiş, AZTV-nin Qızıl Fonduna daxil olmuş bir sıra tədbir və konsertlərdə – 2000-ci və 2003-cü illərdə Xalq artisti Oqtay Ağayevin yaradıcılığına həsr olunmuş gecələrdə, 2004–cü ildə Xalq artisti Mirzə Babayevin 90 illik yubileyinə həsr olunmuş konsert proqramında, 2015-ci ildə Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin, Xalq artisti Rəşid Behbudovun, tanınmış bəstəkarlar Emin Sabitoğlu, Ramiz Mirişli, İmruzə Hüseynova kimi görkəmli şəxslərin yaradıcılıq gecələrinə həsr olunmuş konsert proqramlarında, çoxsaylı bədii tədbirlərdə çıxış etmişəm. Eyni zamanda müxtəlif dövrlərdə yüksək səviyyəli dövlət tədbirlərində və Prezident seçkilərinə həsr olunmuş konsert proqramlarında, eləcə də 2005-ci ildə “Bakı-Tbilisi-Ceyhan neft kəməri” layihəsinin açılışı münasibətilə təşkil olunmuş Prezidentlərin açılış etdiyi konsert-tədbirində çıxış etmişəm.

2005-ci ildə Şəki və Gəncə şəhərlərində, 2009-cu ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında solo konsertlərim keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xətti ilə ölkədaxili və ölkəxarici bir sıra şəhərlərdə – Rusiyanın Dağıstan, Osetiya, Mahaçqala bölgələrində, Türkiyənin İstanbul, Qars, Ərzurum, Bayburt şəhərlərində və digər ölkələrdə qastrol səfərləri çərçivəsində konsert proqramları ilə çıxış etmişəm.

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Bakı gecələri – 2010” Estrada Mahnı Festivalında iştirak etmişəm.

Azərbaycanın tanınmış bəstəkarları ilə birgə fəaliyyət göstərərək, Tahir Əkbər, Ramiz Mirişli, Faiq Sücəddinov, Nadir Əzimov, Ruhəngiz Qasımova, İmruzə Hüseynova, Sevda Məmmədli kimi incəsənət xadimlarinin mənim üçün yazılmış yeni mahnıları ifa etmişəm. Eyni zamanda Azərbaycanın görkəmli klassik estrada mahnılarının müəllifləri olan Emin Sabitoğlu, Tofiq Quliyev, Oqtay Kazımi, Elza İbrahimova, Cahangir Cahangirov, Rauf Hacıyev, Əlibaba Məmmədov, Şəfiqə Axundova, Cavanşir Quliyev kimi dahi bəstəkarların əsərlərinə müraciət edərək, yeni aranjımanda ifa etmiş və lentə aldırmışam.

Respublikanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları ilə işbirliklərim, duetlərim olmuşdur.

1993-cü ildə keçirilən Respublika Muğam Müsabiqəsinin laureatı olmuşam. 2003-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bakı payızı” estrada müsabiqəsinin laureatı diplomuna layiq görülmüşəm.
2005-ci ildə Space TV-də yayımlanan “Azəri Star” mahnı müsabiqəsində qalib gələrək, 1-ci yerə – “Qran-Pri” mükafatına layiq görülmüşəm.

Albomlarım:
“Gözüm səni axtarır” (2003-cü il)
“Yar gəlmədi” (2008-ci il)
“Ah çəksəm” (2015-ci il)
Mahnılarım:
“O körpəmin anasıdır” (2001-ci il, mus: Əbülfət Əliyev)
“Gözüm səni axtarır” (2003-cü il, mus: Rəhim Rəhimli, söz: Zahir Abbas)
“Sevirəm səni” (2005-ci il, mus: Faiq Sücəddinov, söz: Novruz Cabbarov)
“Bağışlamaram səni” (2005-ci il, mus: Nadir Əzimov, söz: İftixar Piriyev)
“Nə var ki?” (2006-cı il, mus: İlhamə Adilqızı, söz: Gülağa Tənha)
“Tellərin” (2006-cı il, söz-mus: Aşıq Ələsgər)
“Dərdin alım” (2006-cı il, mus: Tahir Əkbər, söz: Osman Sarıvəlli)
“Yar gəlmədi” (2007-ci il, mus: Sevda Məmmədli, söz: Vahid Əlioğlu)
“Bakı” (2007-ci il, mus: İlham Kazımov, söz: Ramiz Fərəcoğlu)
“Uça- uça qollarına” (2007-ci il, mus: Tunar Rəhmanoğlu, söz: Mehman Əhmədli)
“Gəncədən gəlirəm” (2007-ci il, mus: Emin Sabitoğlu, söz: Əhməd Cavad)
“Bir sevgi sənsiz” (2008-ci il, mus: Tahir Əkbər, söz: Hilal Həsənoğlu)
“İndi bildim qədrini” (2008-ci il, mus: Gülnarə Seyidova)
“Aşiq olmuşam” (2008-ci il, mus: Tahir Əkbər, söz: Rəna Mirzoyeva)
“Ah çəksəm” (2012-ci il, mus: Hacı Nazim, söz: Altay Yaşar)
“Anam Qocalır” (2013-cü il, mus: Sevinc Mansurova, söz: Əminə Seyidova)
“Qızılgülüm” (2014-cü il, mus: Sevinc Mansurova, söz: Əminə Seyidova)
“Bu yaşıl ağacın altı bizimdir” (2014-cü il, Aşıq musiqisi , söz: Zəlimxan Yaqub)
“Nazlı Mələk” (2014-cü il, söz-mus: Bəhram Nəsibov)
“Fərəh qızım” (2015-ci il, söz-mus: İlkin Valehoğlu)
“De vəfasızım” (2016-cı il, söz- mus: Hacı Nazim)

Sonrakı xəbər
Əvvəlki xəbər