Müğənni Səyyad Əlizadə dəfn olunub (FOTO)

Füzuli. Aslan Məmmədli -Trend:

Müğənni Səyyad Əlizadə Füzulidə dəfn olunub.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, Səyyad Əlizadə əvvəlcə Füzuli rayonu Babı kəndinə ata evinə gətirilib və Babı kənd qəbirstanlığında dəfn edilib.

Xatırladaq ki, S.Əlizadə bir ay əvvəl koronavirusa yoluxub. Əvvəlcə evdə müalicə olunan müğənni səhhəti ağırlaşdıqdan sonra FHN-in Zığdakı modul tipli hospitalına yerləşdirilib. Ötən gecə isə Mərkəzi Gömrük Hospitalına köçürülüb. Dünən isə koronavirusa yoluxan tanınmış müğənni Səyyad Əlizadə vəfat edib.

Teqlər: