Müğənni Aslan yol qəzasında ölüb – Rəsmi AÇIQLAMA

Xəbər - Samir Əli – Trend:

Müğənni Aslan Hüseynov yol qəzasında ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev AzerTimes-a açıqlamasında bildirib ki, müğənni Aslan Hüseynov qəzada vəfat edib.


A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında özünün idarə etdiyi “BMW” markalı avtomobillə qarşıda hərəkət edən “Kamaz” markalı yük avtomobili ilə toqquşub.

Teqlər: