Müğənni Afət izləyicisini belə alçaltdı – Video

Müğənni Afət izləyicisini belə alçaltdı – Video

Müğənni Afət Fərmanqızı onu təhqir etdiyini iddia etdiyi izləyicisini alçaldaraq videosunu yayıb.

AzerTimes Avropa.info-a istinadən xəbər verir ki, o, təhqir yazdığını iddia etdiyi kişi izləyicisini tapdıraraq və onu təhqiramiz formada üzr istədib.

Yayılan videoda şəxs öz yaxınlarını təhqir etməyə məcbur edilir:

“Afət xanım, sizə yazdığım sözlərə görə dönə-dönə üzr istəyirəm, məni bağışlayın. Qələt etmişəm. Sənə yazdıqlarım öz ailəmə, uşağıma getsin. Bir də belə iş görmərəm, səndən üzr istəyirəm, sənə nə yazmışamsa, uşağıma, atama, anama getsin… Bağışla! Bir də belə qələtlər etmərəm”.

Sosial media istifadəçiləri Afət Fərmanqızının yaydığı bu videoda cinayət tərkibi olduğunu bildirərək və hüquq mühafizə orqanlarından müğənni haqda araşdırma aparmağı tələb ediblər.

Həmin görüntüləri təqdim edirik:

Teqlər: