Muğanbankın xalis mənfəəti 2 dəfəyə yaxın artıb

“Muğanbank” ASC 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 3
milyon 16 min manat xalis mənfəət ilə başa vurub. Qeyd etmək
istərdik ki, Bankın bu göstəricisı keçən ilin müvafiq dövrunə
nisbətən 89,3 % (təminən 1,9 dəfə) çoxdur. Xalis mənfəətin artması
bankın gəlirlərin artmasından qaynaqlanır.

GƏLİRLƏRİ ARTIB

2021-ci ilin ilk rübündə Muğanbankın faiz gəlirləri 6 milyon 305
min manat ikən, 2022-ci ilin ilk rübündə 9 milyon 19 min manat
təşkil edib (2 milyon 714 min manat və ya 43 % artıb). Bankın
qeyri-faiz gəlirləri isə 9 milyon 295 min manatdan 11 milyon 52 min
manata yüksəlib (1 milyon 757 min manat və ya 19% artıb ).

ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB

2022-ci ilin yanvar-mart dövründə Muğanbankın cəmi əməliyyat
gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 20 milyon 71 min manat,
cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 221
min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8
milyon 850 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1
milyon 834 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara
ayırıb. Beləliklə, Muğanbank 1-ci rübü 3 milyon 16 min manat xalis
mənfəət ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə
Muğanbankın cəmi əməliyyat gəlirləri 15 milyon 600 min manat, cəmi
əməliyyat xərcləri 13 milyon 907 min manat, əməliyyat mənfəəti 1
milyon 693 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 99
min manat ehtiyatlara ayrıdığından həmin dövrü 1 milyon 593 min
manat xalis mənfəət ilə bağlamışdı.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR

31 Mart 2022-ci il tarixində Muğanbankın cəmi aktivləri 662
milyon 636 min manata təşkil edib. Bank ötən ilin sonunda 708
milyon 452 min manat cəmi aktivlərə malik idi. Aktivlərin həcmində
dəyişiklik Muğanbankın digər banklardakı depozitlərinin vaxtının
başa çatması ilə əlaqədardır.

2021-ci ilin sonu ilə müqayisədə Muğanbank tərəfindən
müştərilərə verilmiş kreditlər 19 milyon 544 min manata artaraq 420
milyon 605 min manata çatıb.

ƏHALİNİN ƏMANƏTLƏRİ 280 MİLYON MANATA YAXINDIR

31 Mart 2022-ci il tarixində Muğanbankın cəmi depozit portfeli
325 milyon 457 min manat təşkil edib ki, bunun da 279 milyon 361
min manatını fiziki şəxslərin depozitləri olub. Ötən ilin sonunda
Muğanbankın cəmi depozit portfeli 396 milyon 852 min manat təşkil
etmişdi. Bankın cəmi depozit portfelində dəyişiklik hesabat
tarixinə hüquqi şəxslərin carı hesablarda olan qalıqlarla bağlıdır.
Qeyd etmək istərdik ki, bank sağlam korporativ müştəri bazasına
mövcuddur.

MƏCMU KAPİTALI ARTIB, MƏBLƏĞİ 100 MİLYON MANATDAN ÇOXDUR

31 Mart 2022-ci il tarixində Muğanbank 105 milyon 184 min manat
məcmu kapitala malik olub və buda ötən ilin sonunda olan
göstəricilərə nisbətən 3 milyon 318 min manat artım ilə müşaidə
olunur.

Teqlər: