Həkəri və Bərgüşad çaylarına balıq körpələri buraxılıb (FOTO/VİDEO)

Su hövzələrində balıq populyasiyasının artırılması, ekosistemin
qorunması və su bioresurslarının bərpasına dəstək məqsədilə Qubadlı
rayonu ərazisindən keçən Həkəri və Bərgüşad çaylarının qovuşduğu
hissəyə balıq körpələrinin buraxılışı həyata keçirilib.

Trend xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin
rəsmisi Arzu Babayeva bildirib ki, Qarabağ və Şərqi Zəngəzur
ərazisində biomüxtəlifliyin qorunmasına və su hövzələrində
bioresursların bərpasına töhfə vermək məqsədilə çaya 2000 qızıl
xallı farel körpəsi buraxılıb.

Xidmət rəsmisi balıq körpələrinin su hövzələrinə buraxılması
aksiyalarında balıq yetişdirən müəssisələri yaxından iştirak
etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə,
vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan
hərəkətlərdən imtina etməyə çağırıb.

Teqlər: