Muğanbankın elan etdiyi “Bahar kampaniyası” çərçivəsində əmanət
faizləri daha da artdı. Belə ki, “Meqa” əmanət növü üzrə illik 11.5
% faiz dərəcəsi ilə 24 ay müddətinə, faizlər aylıq ödənilməklə
əmanət yerləşdirə bilərsiniz.
Xatırladaq ki, “Muğanbank” ASC-nin manatla olan “Avans” və “Meqa” əmanət növləri üzrə sərfəli “Bahar kampaniyası” davam edir.
Kampaniya müddətində müştərilər banka minimum məbləğ 1000 AZN
olmaqla, 12 ay müddətinə, illik 9 faiz dərəcəsi ilə, faizlər
müddətin əvvəlində ödənilməklə “Avans”, minimum məbləğ 1000 AZN
olmaqla, illik 11 faiz dərəcəsi ilə, faizlər aylıq ödənilməklə “Meqa” əmanəti yerləşdirə bilərlər. Kampaniya 30 aprel 2022-ci il
tarixədək qüvvədədir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda
Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi, həmçinin Moskva
şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli
xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi
(USAID), ICBC Bank – Industrial and Commercial Bank of China
təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable
Mechanism” (BRBR – “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası),
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə
Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya
fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl
Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün
Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE),
Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC)
kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın
xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933
Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına keçid ala
bilərsiniz.