Müəmmalı Marian Fondu: Makrona qarşı çıxanlara…

Müəmmalı Marian Fondu: Makrona qarşı çıxanlara…

Fransada Respublika naminə Marian Fondu məsələsi getdikcə daha da qabarır.

AzerTimes xəbər verir ki, respublika dəyərlərini təbliğ etmək və separatçı çıxışlara qarşı, xüsusilə də sosial şəbəkələrdə və onlayn platformalarda mübarizə aparmaq üçün insanları və assosiasiyaları maliyyələşdirmək məqsədilə dövlət Respublika naminə Marian Fonduna 2,5 milyon avro köçürüb.

Separatçılığa qarşı mübarizə pərdəsi altında Fond pullarının prezident və parlament seçki kampaniyaları zamanı Emmanuel Makronun əleyhdarlarına qarşı siyasi məzmunlu təbliğata sərf edildiyi üzə çıxıb.

“Marianne” jurnalı və “Frans 2” telekanalının birgə araşdırmasına görə, dövlət vəsaitindən bəhrələnənlərin siyahısı gizli saxlanılıb.

Qeyd edək ki, sözügedən fond 2021-ci ildə vətəndaşlıq məsələləri üzrə nazir Marlen Şiappa tərəfindən respublika dəyərlərinin təbliğ etmək və gənclər arasında separatçı çıxışlara qarşı mübarizə aparmaq üçün yaradılıb.

Teqlər: