Müəllimlərin yerdəyişməsi ilə bağlı vakansiya seçiminin nəticələri açıqlanıb

18-23 may tarixlərində keçirilən müəllimlərin iş yerinin
dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin
nəticələri elan olunub.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən
Trend
-ə verilən məlumata görə, müsabiqənin vakansiya seçimi
zamanı ümumilikdə 953 nəfər elektron yerləşdirmə nəticəsində uğur
qazanıb.

Qeyd edək ki, uğur qazanan namizədlərin sənədləri yoxlanıldıqdan
sonra uyğun namizədlər tutduqları vakansiyaya təyin olunacaq. Bu
məqsədlə 6-7 iyun tarixlərində sənədlərin düzgünlüyünün
yoxlanılması prosesi həyata keçiriləcək.

Namizəd şəxsi səhifəsində qeyd olunan tarixdə sənədlərini təqdim
etmədikdə nəticələri ləğv olunacaq və bu hal həmin namizədin
yerdəyişmə etdiyi yerdən imtinası kimi qiymətləndiriləcək.

Teqlər: