Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələrinin tarixi açıqlanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə apellyasiya müsahibələri 8-9 sentyabr tarixlərində keçiriləcək.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

Apellyasiyaya müraciət etmiş namizədlər üçün onlayn formatda və Microsoft Teams platforması üzərindən təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərə müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmaq tövsiyə olunur.

Twitter: @ElchinMehdiyev

Teqlər: