Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək müvafiq komissiya tərəfindən uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunur.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, namizədlərin apellyasiya müraciətlərinə baxılması məqsədilə təkrar onlayn müsahibələr keçirilir.

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən onlayn müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya prosesi 7-8 may tarixlərini əhatə edəcək. Onlayn müsahibələrdə apellyasiya komissiyası tərəfindən namizədlərin müvafiq bilik və bacarıqları yoxlanılacaq.


Qeyd edək ki, müraciətlər əsasında 195 namizəd apellyasiya müsahibəsinə dəvət olunub.

Twitter: @ElchinMehdiyev

Teqlər: