Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi başa çatıb

23 may saat 11:00-da Təhsil Nazirliyi sisteminə daxil olan
dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin
dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi
yekunlaşıb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan
keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə
biliblər.

Teqlər: