Müəllimlərin daimiləşmə üzrə müsahibəsinə başlanılıb

Aprelin 4-də müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin
daimiləşdirilməsi müsabiqəsinin müsahibə mərhələsinə start
verilib.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat
verilib.

Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək
müsahibələrə 2033 nəfər dəvət olunub. Bu gün keçirilən
müsahibələrdə cari tədris ilində Azərbaycan dili və ədəbiyyat,
ibtidai sinif, informatika, kimya, riyaziyyat, rus dili və
ədəbiyyatı, Azərbaycan dili fənləri üzrə müddətli müqavilə əsasında
ümumi təhsil müəssisələrinə işə qəbul olunmuş şəxslər iştirak
edəcəklər.

7 aprel tarixinədək davam edəcək müsahibələr zamanı müvafiq
komissiya tərəfindən namizədlərin peşəkar kompetensiyaları,
psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun
olaraq yoxlanılacaq.

Teqlər: