Müəllimlər narkotik yayır, testdən keçirilsinlər – Millət vəkili

Müəllimlər narkotik yayır, testdən keçirilsinlər – Millət vəkili

Hüquq-mühafizə orqanlarının gözü qarşısında genefondumuz məhv edilir. Və bu prosesdə bəzi qonşu ölkələrin rolu danılmazdır.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Arzu Nağıyev bu gün keçirilən “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Bakıda 1 qram kokainin qiyməti 400, 1 qram heroinin qiyməti isə 100 ABŞ dollarıdır:

“Aydındır ki, bu qiymətə narkotiki hər kəs ala bilməz. Ona görə ucuz qiymətli patı ölkədə daha çox yayılıb. Pandemiya belə narkotrafikin qarşısını ala bilmir. Bütün dünyada narkotrafikə sərhədlər açıqdır”.

O qeyd edib ki, valideynlər uşaqlar üzərində nəzarəti artırmalıdır:

“Yeniyetmə oğlan və qızlar tez-tez evdən gedirlərsə, yalan danışırlarsa, əsəbi və laqeyd olurlarsa, yuxu rejimi pozulursa, evdən oğurluq edilirsə, bu artıq narkotikə meyillənməni göstərir”.

Onun sözlərinə görə, müəllimlər narkotiki yayır: “Bütün nüəllimlər testdən keçirilməlidir”.

Teqlər: