“Müəllim”dən birmənalı imtina etməliyik – Video

“Müəllim”dən birmənalı imtina etməliyik – Video

“Sabir Rüstəmxanlı söhbətləri”ndə bu dəfə insanların bir-birinə müraciət formalarından söhbət açılıb.

AzerTimes Bakupost-az-a istinadən xəbər verir ki, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı hesab edir ki, bu, mənəvi həyatımızı, yaşam tərzimizi, cəmiyyətdəki münasibəti, insanlar arasında səmimiyyəti müəyyənləşdirən məsələdir.

Millət vəkili təklif edir ki, insanların bir-birinə müraciətində “Bəy” sözündən mütləq istifadə olunmalıdır:

“Kiməsə soyadı ilə müraciət olunanda “Cənab” sözündən istifadə olunmalıdır. Məsələn, cənab Məmmədli. Amma adıyla müraciət edirsənsə, burada “Cənab” sözü işlədilə bilməz. Burada mütləq “Bəy” müraciət formasından istifadə olunmalıdır. “Bəy” çoxdan sosial mənsubiyyət, əsilzadəlik anlamını itirib. İndi sadəcə, müraciət formasıdır. Ona görə də bu sözdən istifadə etməkdan qorxmaq lazım deyil”.

Sabir Rüstəmxanlı qeyd edir ki, “Müəllim” müraciət formasından birmənalı şəkildə imtina etmək lazımdır:

“Müəllim konkret peşə sahəsidir. Bununla yalınız həmin peşə ilə məşğul olan adamlara müraciət etmək olar”.

Daha ətraflı aşağıdakı videoda:

Teqlər: