İsveçin müdafiə xərcləri ÜDM-in 2,5%-dən çox olmalıdır.
AzerTimes xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.
“Biz daha çox sərmayə qoymalı olacağıq. 2020-2024-cü illər arasında biz müdafiəyə investisiyaları 5.8 milyard dollardan 11.5 milyard dollara artırdıq. Bu, tamamilə zəruri idi, lakin biz modernləşməni sürətləndirməliyik”, – nazir bildirib.