Müdafiə Nazirliyinin sabiq idarə rəisi saxlanıldı

Xəbər - Asif Mehman -Trend:

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işinin
istintaqı üzrə Müdafiə Nazirliyinin sabiq idarə rəisi
saxlanılıb.

Trend xəbər verir ki, saxlanılan şəxs Müdafiə Nazirliyin Mənzil
İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyevdir.

F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə
ittiham irəli sürülüb.

Qeyd edək ki, Fikrət Mirzəyev 2020-ci ildə Müdafiə
Nazirliyindəki tutduğu vəzifədən azad olunub.

Xatırladaq ki, Fikrət Mirzəyevin saxlanılması ilə bağlı ilk
xəbəri “qafqazinfo.az” saytı yayıb.

Teqlər: