Humanitar dəhlizlər heç bir maneə ilə üzləşmədən açıq saxlanılmalıdır – Çavuşoğlu

Xəbər - Humay Ağacanova – Trend:

Türkiyə olaraq humanitar məsələlərin prioritetliyinə xüsusilə
diqqət çəkdik. Çünki təəssüf ki, hər gün dağıntılar, göz yaşları,
qanlar artır. Biz bu görüşdə bir daha vurğuladıq ki, müharibənin
ortasında qalan mülki vətəndaşlar ən qısa zamanda xilas
edilməlidir. Təbii ki, bunun üçün davamlı atəşkəs lazımdır. Davamlı
atəşkəs qurulana qədər humanitar atəşkəs də yerlərdə
işləməlidir.

AzerTimes-ın
məlumatına görə, bunu Rusiya, Ukrayna və Türkiyə xarici işlər
nazirlərinin üçtərəfli görüşündən sonra Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, humanitar dəhlizlər heç bir maneə ilə üzləşmədən
açıq saxlanılmalıdır.

“Çünki biz vətəndaşlarımızı təxliyə edərkən vəziyyətin necə
olduğunu sadəcə görmədik, həm də yaşadıq. Görüşdə biz, xüsusilə,
Mariupoldan humanitar dəhlizin açılmasının vacibliyini vurğuladıq.
Tərəflər bu məsələni aidiyyəti qurumlarla müzakirə edəcəklərini
bildiriblər. Burada koordinasiya lazımdır. Hazırda bu bölgələrə
Rusiya daxil olub, Ukrayna qüvvələri də var. Əgər koordinasiya
olmasa və hər iki tərəf bu məsələni yerində koordinasiya etməsə,
təxliyə edəcəyimiz mülki vətəndaşlar həyati təhlükə ilə üzləşə
bilərlər”, – deyə Çavuşoğlu bildirib.

Teqlər: