Müdafiə Nazirliyinin sabiq idarə rəisi həbs edilib

Xəbər - Samir Əli – Trend:

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq
rəisi polkovnik Şirvanov Mahir Məhərrəm oğluna Hərbi Prokurorluğun
İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4, 341.2.1 və
digər maddələr ilə ittiham elan edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-ın sorğusuna cavab
olaraq məlumat verilib.


Bildirilib ki, onun barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.

Teqlər: