Müdafiə naziri Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

“IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerlə görüşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Teqlər: