“Mübarizə” şousundan əl çəkin, Bakı ilə dialoqa gedək

“Mübarizə” şousundan əl çəkin, Bakı ilə dialoqa gedək

Qarabağda ən çox işlənən söz “mübarizə”dir. Mübarizə üçün müxtəlif yanaşmalar təklif olunur. Təklif edirəm ki, şüar siyasətindən uzaqlaşaq, mübarizə imitasiyasından əl çəkib əməli sahəyə keçək.

AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı tör-töküntülərinin keçmiş “təhlükəsizlik şurası katibi” Samvel Babayan Xankəndidəki “müddətsiz aksiya” şousu haqda qeyd edib.

O bildirib ki, “parlamentdəki ikinci qüvvənin lideri” kimi aşağıdakıları təklif edir:

– Xankəndi-Bakı dialoqu vasitəsilə qarşılıqlı etimad mühiti yaratmaq;

– Qarabağda beynəlxalq zəmanətli sülhməramlı mandate almaq üçün BMT-yə müraciət edin;

– Azərbaycanın BMT-yə qəbul olunduğu ərazi üzrə üzvlük məsələsinə baxılması üçün BMT-yə müraciət etmək.

– Qarabağ ətrafında yaranmış vəziyyəti həll etmək üçün SSRİ-nin varisi kimi Rusiya Federasiyasına müraciət edin.

Xatırladaq ki, Samvel babayan guya Azərbaycana inteqrasiya tərəfdarı kimi çıxış etdiyi üçün separatçı-terrorçular içərisində “satqın” sayılır. Halbuki Babayan hazırkı durumda Bakı ilə danışıqlar yolu ilə hansısa “status” almağa çalışan, guya danışıqlar tərəfdarı kimi çıxış edərək, beynəlxalq müstəvidə Bakıya qarşı rəy yaratmağa çalışan və Rusiyanın maraqlarını qoruyan, əli mülki azərbaycanlıların qanına batmış şəxsdir.

Onun hazırkı “təklifləri” də qəbuledilməzdir. Çünki “Xankəndi-Bakı” deyə bir format ola bilməz, digər tərəfdən, Azərbaycan ərazisində sülhməramlı yerləşdirilməsi üçün bakının razılığı lazımdır, Azərbaycan isə buna heç vaxt razı olmayacaq. Və nəhayət, üçüncüsü, “SSRİ-nin varisi olan” Rusiyanın prosesə müdaxiləsi yolverilməzdir. Münaqişə Ermənistanın Azərbaycana ərazi iddiası və işğalı ilə başlayıb, hazırda isə Ermənistan işğaldan əl çəkib və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb.

Teqlər: