MTK riyaziyyat fənni üzrə 2 il ardıcıl olaraq ölkə birincisi oldu və ABŞ-da Azərbaycanı təmsil etdi (FOTO)

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri
Abbasova Leyla, Mirzəli Nigar və müəllimləri Hüseynov Eldəniz bu il
keçirilən Azərbaycanın ən nüfuzlu yarışmalarından olan “Sabahın
Alimləri” müsabiqəsində riyaziyyat fənni üzrə 1-ci yer
nominasiyasına layiq görülərək ölkəmizi ABŞ-da keçirilən dünyanın
ən böyük müsabiqələrindən biri olan “Intel ISEF – Beynəlxalq Elm və
Mühəndislik” müsabiqəsində təmsil edirlər. Onların yarışmaya
qatıldığı “Vektorların köməyi ilə bəzi cəbri məsələlərin həlli”
adlı layihəsində bir sıra mürəkkəb cəbri misalların daha praktik
həll üsulundan bəhs olunur.

Ötən il keçirilən “Sabahın Alimləri” X Respublika müsabiqəsində
riyaziyyat fənni üzrə 1-ci yer nominasiyasına layiq görülən
Kompleksimizin şagirdi Rafiq Qasımov ABŞ-da keçirilən “Intel ISEF –
Beynəlxalq Elm və Mühəndislik” müsabiqəsində Azərbaycanı təmsil
etmişdir. O, hal-hazırda Almaniyanın Karlsrue Texniki İnstitutunun
Komputer elmləri fakültəsində təhsil alır.

Riyaziyyat fənni üzrə 2 il ardıcıl olaraq ölkənin ən nüfuzlu
yarışmalarından olan “Sabahın Alimləri” müsabiqəsində 1-ci yerə
layiq görülmək və ABŞ-da Azərbaycanı təmsil etmək Kompleksimiz üçün
olduqca böyük nailiyyətdir. Ölkə xaricində keçirilən beynəlxalq
turnirlərdə Vətənimizi təmsil edən bütün şagirdlərə uğurlar
arzulayırıq.

https://www.mtk.edu.az/az20/

Səməd Vurğun küçəsi 151

www.mtk.edu.az

[email protected]

+994552028401

Teqlər: