MSK sədri Qarabağda səs verəcək seçicilərdən danışdı

MSK sədri Qarabağda səs verəcək seçicilərdən danışdı

Növbədənkənar prezident seçkilərində azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişdə təbriklə əlaqəli əlavə bəndin salınması qanunvericiliyin tələbinə uyğundur.

AzerTimes xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işğal dövründə məcburi köçkünlərin səsverməsi ilə bağlı problem bir beynəlxalq təşkilat tərəfindən belə vurğulanmayıb:

“Həmişə işğal altında olan ərazilərin sakinlərinin səsvermə prosesinin çətinliyi barədə beynəlxalq təşkilatlara məlumat verirdik. Amma onlar bir dəfə də olsun bunu qeyd etməyiblər. Onlar əvvəllər bizdən problemimiz barədə soruşurdular. Amma hər dəfə məcburi köçkünlərlə bağlı problemi deyirdik deyə artıq bunu soruşmamağa başladılar”.

Teqlər: