“Mriya” sirri: Ukrayna qəsdən zərbə altında saxladı

“Mriya” sirri: Ukrayna qəsdən zərbə altında saxladı

Qostomel hava limanında məhv edilən dünyanın ən böyük təyyarəsi “Mriya” Rusiya işğalı ərəfəsində Almaniyanın “Leypsiq/Halle” hava limanına uçmalı idi.

AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşrinin araşdırmasında deyilir.

“Leypsiq/Halledə An-225-in 2022-ci ilin fevralında Rusiyanın Ukraynanı işğal etməsindən əvvəl təhlükəsiz yerə aparılmalı idi. Müharibə başlamazdan əvvəl axşam ekipaj və pilotlar tam yanacaqla doldurulmuş yük təyyarəsinə mindilər, lakin kapitan Dmitri Antonovun sözlərinə görə, onlara yüksək rəhbərliyin göstərişi ilə havaya qalxmağa icazə verilməyib. Bir il sonra tamamlanan təhqiqat hesabatı göstərir ki, Leypsiq/Halle hava limanı rus işğalından bir ay əvvəl “Mriya”nı xilas etmək üçün bütün hazırlıqları tamamlamışdı.

Belə ki, 26 yanvar 2022-ci il tarixindən etibarən Almaniyada “Mriya” üçün parkinq yeri hazırlanmışdı”, – deyə bildirilib.

Aeroportun sözçüsü Uve Şuxart nəşrə təsdiqləyib ki, An-225 və An-124-ün köçürülməsi fevralın 25-nə planlaşdırılıb. Bu, fevralın 21-də təsdiqlənib. Bu barədə həftələr əvvəl müzakirələr aparılıb.

Qostomeldəki aerodromun peyk şəkilləri göstərir ki, təyyarə qəsdən zərbə altında saxlanılıb, halbuki digər təyyarələrə toxunulmamışdı.

Teqlər: