Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana
səfərə gəlib.
Trend xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı öz rəsmi “Twitter” səhifəsində bildirib.
“NATO Xarici İşlər Nazirlərinin Brüsseldə Ukrayna üzrə fövqəladə
iclasından sonra əlaqələrimizi və regional hadisələri müzakirə
etmək üçün Azərbaycandayıq”, – M.Çavuşoğlu qeyd edib.