Bakıda avtobus kommunal xidmət avtobili ilə toqquşub, xəsarət alanlar var (FOTO)

Xəbər - Samir Əli – Trend:

4 mart 2022-ci il saat 19 radələrində Sabunçu yol qovşağının
yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166
nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət
Qeydiyyat Nişanlı avtobusun iştirakl ilə yol nəqliyyat hadisəsi
qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən AzerTimes-a verilən məlumata görə,
sərnişin avtobusu kommunal xidmət avtobili ilə toqquşub. Hadisə
nəticəsində 3 nəfər xəsarət alıb.


Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır.
“Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə
çağırılıb.

Teqlər: