İraqın Mosul şəhərində partlayış nəticəsində 14 polis əməkdaşı həlak olub, 20-si isə yaralanıb.
Bu barədə İraq Federal Polisinin leytenantı Haris Kazım bildirib.
Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının 6 üzvü polis bölməsinin yaxınlığında özlərini partladıblar.
Silahlılar polis idarəsinin iki binasını ələ keçiriblər. Daha sonra ələ keçirilən binalar hava zərbəsi ilə məhv edilib və binada olan 17 terrorçu ölüb.