Moskvaya parada gedəcək yeganə lider…

Moskvaya parada gedəcək yeganə lider…

Qırğızıstan Prezidenti Sadır Japarov bu il Moskvada keçiriləcək Qələbə Günü ilə bağlı paradda yeganə xarici prezident olacaq.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Vedomosti”yə Rusiya Prezident Administrasiyasına yaxın diplomatik mənbə məlumat yayıb.

Məlumata görə, Qırğızıstan prezidenti Qələbə Günündə Rusiyaya səfəri planlaşdırılan yeganə xarici liderdir.

Sadır Japarovun Qələbə gününə həsr olunmuş təntənəli mərasimlərdə iştirakı gözlənilir.

Xatırladaq ki, keçən il mayın 9-u günü Moskvaya heç bir xarici lider dəvət olunmamışdı.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bununla bağlı ona ünvanlanan sualı cavabsız qoyub. O, digər xarici liderlərin bayram münasibətilə Moskvaya gəlib-gəlməyəcəyi ilə bağlı suala şərh verməyib.

Teqlər: