Moskvanın mərkəzində silahlı atışma baş verdi

Moskvanın mərkəzində silahlı atışma baş verdi

Rusiyanın paytaxtı Moskvanın Plyuşixe küçəsində silahlı atışma baş verib.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, atışma “Qızıl üzük” otelinin yaxınlığında qeydə alınıb.

“İki sürücü yolda mübahisə edib, səs-küydən sonra travmatik tapançadan atəş açılıb”, – deyə bildirilib.

Olayda 3 nəfərin xəsarət aldığı deyilir. Atəş açan şəxs yaxalanıb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Teqlər: