Moskvadan Gəncəyə birbaşa aviareys açılır

Moskvadan Gəncəyə birbaşa aviareys açılır

Rusiyanın “Aeroflot” aviaşirkəti Moskvadan Gəncə şəhərinə birbaşa reys açır.

AzerTimes xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, reyslər martın 5-dən başlayaraq həftədə bir dəfə olmaqla, Airbus A320 təyyarələri ilə həyata keçiriləcək.

“Gəncə populyar turizm məkanı olmaqla yanaşı, Azərbaycanın iri sənaye və təhsil mərkəzidir. Gəncə Aerflotun uçuş həyata keçirdiyi ikinci Azərbaycan şəhəri olacaq”, – məlumatda deyilir.

Bundan başqa, aviaşirkətin, həmçinin, Moskva, Sankt-Peterburq və Soçi şəhərlərindən Bakıya birbaşa reyslər həyata keçirdiyi qeyd olunur.

Xatırladaq ki, Sankt-Peterburqdan Bakıya uçuşlar fevralın 17-dən başlayaraq çərşənbə axşamı və cümə günü olmaqla həftədə iki dəfə həyata keçiriləcək.

Teqlər: