Moskvadan ABŞ-a hədə: Bu, “qırmızı xəttimiz”dir

Moskvadan ABŞ-a hədə: Bu, “qırmızı xəttimiz”dir

Moskva artıq bu məsələdə Vaşinqtona “qırmızı xətlərini” izah edib.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya XİN-in İkinci MDB departamentinin direktoru Aleksey Polişuk ABŞ-ın Ukraynaya yeni növ silah tədarükü ilə bağlı danışarkən deyib.

“Biz artıq “qırmızı xətlərimizi” elan etmişik. Bu, hər şeydən əvvəl Kiyevə uzaqmənzilli və yaxud daha güclü məhvetmə vasitələrinin verilməsidir. ABŞ və onun müttəfiqlərinin Ukrayna rejimini silahla təmin edən hərəkətlərinə konkret cavablar mövcud vəziyyətin hərtərəfli təhlilinin nəticələrinə əsasən müəyyən ediləcək”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Litva XİN rəhbəri Qabrielyus Landsbergis NATO ölkələrini Kiyevə “arsenallarında olan hər şeyi” verməyə çağırmışdı.

Teqlər: