Moskvadakı “Azərbaycan” pavilyonunda şənlik ləğv olundu

Moskvadakı “Azərbaycan” pavilyonunda şənlik ləğv olundu

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTSN) “Azərbaycan” pavilyonu “Krokus Siti Holl” konsert zalında törədilmiş terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı elan olunan matəm səbəbindən Novruz bayramı şənliyi ləğv edilib.

AzerTimes Report-a istinadla xəbər verir ki, bayram tədbirləri iki gün nəzərdə tutulsa da, həmrəylik əlaməti olaraq bütün əyləncə proqramları, tamaşalar və gənc ifaçıların bayram konserti təxirə salınıb.

Qeyd edək ki, bayram tədbirləri martın 22-də start götürüb.

Novruz bayramı “Azərbaycan” pavilyonunda uzun illərdir qeyd olunur.

Teqlər: