Moskvada zəncirvari qəza baş verib, yaralananlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın paytaxtı Moskvada altı avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Qeyd olunur ki, bir nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə yerinə xilasedicilər cəlb edilib.


Qəza baş verən ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.