Moskvada universitetlərdə dərslər dayandırıldı

Moskvada universitetlərdə dərslər dayandırıldı

Moskvada bir sıra ali məktəblərdə sabahdan dərslər təxirə salınıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Moskva Mədəniyyət İnstitutu, Moskva Radiotexnika, Elektronika və Avtomatika İnstitutu sabahdan etibarən dərslərin bağlandığını elan edib.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Teraktın ardınca binada partlayış baş verib. “Krokus”da böyük yanğın hələ də davam edir.

Teqlər: