Moskvada ticarət mərkəzində dəhşətli yanğın – Video

Moskvada ticarət mərkəzində dəhşətli yanğın – Video

Moskva vilayətinin Leninqradskoye şossesində “MEGA Ximki” ticarət mərkəzində yanğın baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Məlumata görə, yanğının sahəsi 7 min kvadratmetrdir. Yanğından sonra ticarət mərkəzində partlayış baş verib.

Russiya Fövqəladə Hallar Nazirliyinin aviasiyası hazır vəziyyətə gətirilib.

Hadisə zamanı xəsarət alanlarla bağlı məlumat yoxdur.

Teqlər: