“Krokus”da amansız terror aktı törətməkdə şübhəli bilinərək saxlanılanların hamısı Rusiya vətəndaşlarıdır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın 112 Teleqram kanalı öz mənbəsinə istinadən məlumat dərc edib.
“Qonşu ölkələrdən gələnlər ölkəmizdə o qədər qalıb ki, vətəndaşlıq ala biliblər. İndi müvafiq orqanlar bu sənədlərin qanuni olub-olmadığını yoxlayır”, – məlumatda bildirilib.
Qeyd edək ki, daha öncə bir sıra mənbələr terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşlarının saxlanıldığı barədə məlumat yayıb. Lakin Tacikistan bu məlumatı faktla təkzib edib.