Astarada brakonyerliklə məşğul olan şəxs saxlanıldı

Astarada brakonyerliklə məşğul olan şəxs saxlanıldı

Astarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.

Həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar aşkar edilib.

Araşdırmalar davam etdirilir.

Teqlər: