Moskvada səsvermə: qız bütün səsləri sildi – Video

Moskvada səsvermə: qız bütün səsləri sildi – Video

Rusiyada keçirilən prezident seçkisində vətəndaşlardan biri seçki qutusunu yararsız hala salıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Rusiya Teleqram kanallarında görüntü yayılıb.

Məlumata görə, Moskvadakı seçki məntəqələrinin birində gənc qız bülleteni atdıqdan sonra seçki qutusuna rəng töküb.

Məlumata görə, qız orada olan polislər tərəfindən saxlanılıb.

Onun haqqında Rusiya Federasiya Cinayət Məcəlləsinin 141-ci maddəsilə cinayət işi açılıb.

Teqlər: