Moskvada Rusiyanın iki təyyarə və bir helikopteri partladıldı

Moskvada Rusiyanın iki təyyarə və bir helikopteri partladıldı

Sentyabrın 18-də Moskva vilayətindəki Çkalovsk aerodromunda ukraynalı diversantlar iki təyyarə və bir helikopteri partladıblar.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Hadisə Rusiyanın yüksək hərbi dəhlizlərində isterikaya səbəb olub. Həmin aerodromda hökumət, “qiyamət günü” adlandırılan və xüsusi təyinatlı təyyarələr saxlanılır”, – məlumatda qeyd olunub.

Bildirilib ki, naməlum şəxslər 354-cü xüsusi təyinatlı aviasiya alayına məxsus AN-148 və İl-20 təyyarələri və Mi-28 helikopterini partlayıcı vasitəsilə partladıblar.

Teqlər: