Moskvada Qarabağ üzrə üçtərəfli işçi qrupunun müzakirə edəcəyi məsələ açıqlanıb

Xəbər - Orxan Nəbiyev -Trend:

Qarabağ üzrə üçtərəfli işçi qrupu regionda nəqliyyat infrastrukturunun bərpası məsələlərini müzakirə edəcək.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərindən ibarət işçi qrupunun ilk görüşü yanvarın 30-da Moskvada keçiriləcək.

İşçi qrupunun növbəti görüşlərinin keçirilmə tezliyi və yeri gələcəkdə müəyyənləşdiriləcək.

Teqlər: