Moskvada Qarabağ danışıqları – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Ermənistan Baş naziri Nikol Paşinyan Moskvada rəsmi səfərdədir.
O, Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ermənistanla
Azərbaycan arasında Moskvanın vasitəçiliyi ilə qəbul olunmuş
bəyanatları müzakirə edir.

Amma Nikol Paşinyan səfərindən öncə Avropa İttifaqı (Aİ)
Şurasının Prezidenti Şarl Mişel ilə telefonla danışıb. Söhbət
mövzusu 6 apreldə Brüsseldə Azərbaycan lideri İlham Əliyevlə
görüşdə əldə olunan razılaşmaların yerinə yetirilməsi, regionda
vəziyyət və Ermənistan-Avropa münasibətləri olub.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Sülh gündəliyi istiqamətində
addımlar, Aİ-nin fəallığı, Moskvada Qarabağ danışıqları” mövzusunda
aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin
qonaqları – siyasi şərhçilər Rasim Musabəyov, Esmira Cəfərova və
Bəhruz Məhərrəmov mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: