Moskvada Putinlə BMT Baş katibinin görüşü olub

Moskvada Rusiya Prezidenti Vladimir Putin və BMT-nin Baş katibi
Antonio Quterreş arasında görüş keçirilib.

Trend xəbər verir ki, Kremlin məlumatına görə, tərəflər Ukrayna
böhranını, o cümlədən Mariupol və “Azovstal”da vəziyyəti müzakirə
ediblər.

Xatırladaq ki, sonuncu dəfə BMT-nin Baş katibi Moskvaya ötən
ilin mayında gəlib. Budəfəki səfərindən əvvəl o, Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.