Rusiyanın paytaxtı Moskvada polis gücləndirilmiş rejimə keçirilib.
AzerTimes xəbər verir ki, məlumatı “Baza” Teleqram kanalı yayıb.
Bildirilib ki, buna səbəb ABŞ səfirliyinin Moskvada mümkün terror aktları ilə bağlı məlumat yaymasıdır.
Bildirilib ki, Moskvanın mərkəzində və bəzi nəqliyyat növlərində patrul qruplarının sayı 2-2,5 dəfə artırılıb. Bununla yanaşı, mülki geyimli polislər də asayişi qorumağa cəlb olunub.
Qeyd edək ki, martın 7-də ABŞ səfirliyinin rəsmi internet saytında ABŞ vətəndaşlarına Moskvada izdihamlı yerlərdən çəkinmələri barədə xəbərdarlıq yayılıb.