745-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

745-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 745-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 577 təyyarəsi, 267 helikopteri, 14 855 PUA-sı, 484 zenit-raket kompleksi, 15 409 tank və digər zirehli texnikası, 1 235 reaktiv yaylım atəş sistemi, 8 332 artilleriya və minaatanı, 19 549 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: