Moskvada müharibə əleyhdarları saxlanıldı

Moskvada müharibə əleyhdarları saxlanıldı

Rusiyanın paytaxtı Moskvada Ukraynadakı müharibənin əleyhinə aksiya keçirməyə hazırlaşan təxminən 50 nəfər saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Moskva xidməti məlumat yayıb.

Saxlanılanlar arasında siyasi fəallar, jurnalistlər, həmçinin digər vətəndaşların olduğu bildirilir.

Polis bölməsində saxlanılan şəxslər müvafiq izahatları imzaladıqdan sonra sərbəst buraxılıblar.

Teqlər: