“Moskva”da itkin düşmüş əsgərə çağırış göndərilib

“Moskva”da itkin düşmüş əsgərə çağırış göndərilib

Sankt-Peterburq hərbi komissarlığı bu ilin aprel ayında Ukrayna ordusu tərəfindən batırılan “Moskva” kreyserində gəmi aşpazı işləyən matrosa çağırış vərəqəsi göndərib.

AzerTimes xəbər verir ki, bu barədə “Fontanka” portalı məlumat yayıb.

“Göstərilən vaxtda üzrlü səbəb olmadan gəlməməyə görə məsuliyyətə cəlb oluna bilərsiniz”, – sənəddə deyilib.

Portal bildirib ki, ailəsi və dostları aprel ayından bəri sözügedən gənc barədə heç bir xəbər almayıblar.

Teqlər: